• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 08.02.2019 13:03

Ərzaqların içərisindən güllələr aşkar edildi

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes Benz S350" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan torbada, üzərində 150 ədəd ov tüfəngi gülləsi, 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.