• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 08.02.2019 13:15

Azərbaycana 21 kq narkotik keçirmək istədilər

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Lənkəran” sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tir­yək”, 105 qram “mari­xuana”, həm­çinin 190 ədəd həb, 175 ml narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­üb. “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınıb. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlin­dəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd tapança aşkar edilərək götürülüb. “Horadiz” sərhəd dəstəsinin Füzuli rayo­nunun Böyük Bəh­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində 2 nəfər naməlum şəxsin hərə­kətini aşkar edən sərhəd nar­yadı tə­rə­findən ”dayan” əmri verilib, lakin sərhəd pozu­cuları tabe olma­yaraq geriyə qaç­ıblar. Ərazi dərhal qapa­dılaraq axta­rış tədbirləri keçirilib, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr “ko­kos”, 390 qr kristal şəklində narkotik maddə olan “he­roin”, 360 qr “mari­xuana” və 71 ədəd “psixotrop həb” aşkarlanıb. Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və ci­na­yət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təd­bir­ləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətən­daş­ı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 43 yaşlı Seymur Həsənov və 42 yaşlı Ramil İs­mayılov saxlanılıb. Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.