• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 08.02.2019 12:03

19 yaşlı gənc bıçaqlandı

KepezTV Player

Şəkidə 19 yaşlı gənc bıçaqlanıb. Hadisə rayonun Çayqaraqoyunlu kəndi ərazisində baş verib.Kənd sakini Rəşid Ağamalıyev ilə həmkəndlisi İsmayıl Əhmədov arasında şəxsi münasibətlər zənimində mübahisə baş verib. Mübahisə zamanı Əhmədov üzərində olan bıçaqla Rəşid Ağamalıyevi bıçaqlayıb. O, döş qəfəsinin sol hissəsinin deşilmiş yarası dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. İsmayıl Əhmədov Şəki ŞRPŞ əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.