• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 08.02.2019 10:03

Puma özü bağlanan ayaqqabılar istehsal edir

Puma-nın istehsal etdiyi öz-özünə bağlanan ayaqqabılar Nike tərəfindən istehsal edilən ayaqqabılara rəqib olacaq. Puma-nın Fi adlanan ayaqqabılarının qoşulduğu mobil tətbiqetmə onun sıx və ya boş bağlanmasına imkan verir.

Qeyd edək ki, hazırda bu tətbiqetmə iPhone və  Apple Watch-da işləyir. Lakin tezliklə Android telefonlarda da tətbiq ediləcək. Hər bir ayaqqabının altında batereya olacaq və onun simsiz enerji aləti vasitəsilə enerji yığması mümkün olacaq. Puma-nın verdiyi açıqlamaya görə, normal şəkildə istifadə edilərsə, batereya bir həftə boyunca enerji saxlaya biləcək. Fi gələn ilin yazınadək bazarda olmayacaq, onun qiymətinin 330 dollar olacağı gözlənilir. Nike şirkətinin basketbolçular üçün istehsal etdiyi smart ayaqqabılar isə 350 dollardır.