• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 07.02.2019 17:49

Məhkuma yeməyin içində telefon keçirmək istədi

KepezTV Player

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Məhkum Şahid Həsənpura bacısı Gəncə şəhər sakini Şadiman Həsənpur tərəfindən gətirilən sovqata baxış zamanı qarabaşaq yeməyinin içərisində xüsusi üsulla gizlədilmiş mobil telefon aparatı aşkar edilib.

Bundan başqa,8 il müddətinə azadlıqdan məhrum edilmiş və Müalicə müəssisəsində saxlanılan məhkum Elçin Yekəyevlə qısamüddətli görüşə gələn həyat yoldaşı Məhluqə Yekəyevanın üzərinə baxış zamanı sellofan bükülüdə 1.504 qram marixuana aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.