• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 07.02.2019 17:44

Qanunsuz gətirilən külli miqdarda dərman preparatı müsadirə olundu

KepezTV Player

Bakı Baş Gömrük İdarəsi tərəfindən "City Farm" MMC-nin ünvanına daxil olan 10 min kq, 12500 ABŞ dolları dəyərində "Yodex S Povidon" adlı dərman preparatları normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb. Məlum olub ki, Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" MMC-nin verdiyi məktubu etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Pərviz Həsənov saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Məktubun saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib. Pərviz Həsənova qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dərman preparatları Bakı Baş Gömrük İdarəsi tərəfindən ekoloji poliqonda məhv ediləcək.