• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 07.02.2019 17:41

Mühafizə polisi aptekdən oğurluğa imkan vermədi

KepezTV Player

Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi, 16 ünvanında yerləşən aptekdə oğurluğa cəhd edilib. Hadisənin qarşısı Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilərək alınıb. Polislərin operativliyi nəticəsində obyektə külli miqdarda ziyan vurulmasına imkan verilməyib.