KepezTV Player
Bu gündən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” Gömrük Sərhəd Buraxılış Məntəqələrində Dövlət Gömrük Komitəsinin tibbi xidmət idarəsinin mobil hospitalı və tibbi heyəti fəaliyyət göstərəcək. Donuz qripinin geniş yayıldığı Gürcüstanda epidemik vəziyyətin qənaətbəxş olmaması sərhəddə qabaqlayıcı tədbirlərin gücləndirilməsini labüd edib. Mobil hospitalda eyni zamanda iki yataq xəstəsinə qulluq etmək imkanı var.Sərhəd məntəqələrinə ezam olunan tibbi heyət həm də ərazidə aparılan dezinfeksiya işlərinə metodik dəstək verəcək.
- Baxış: 655