• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 07.02.2019 14:41

Şəmkirin Keçili kəndində bağça binası yenilənib

KepezTV Player

Şəmkirin Keçili kəndində körpələr evi uşaq bağçasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. 95 yerlik məktəbəqədər müəssisədə 3 kiçik və 2 böyük qrup var. Bağça zəruri inventarlarla təchiz edilib, mərkəzi qazanxana sistemi yaradılıb. Son illərdə Şəmkir şəhər 3 və 4 saylı, Dəllər-Cırdaxan, Qaracəmirli, Çaparlı və Dəllər qəsəbə körpələr evi uşaq bağçaları əaslı şəkildə yemilənib. Şəhər 3 saylı uşaq bağçası üçün əlavə korpus inşa olunub. Yaxın vaxtlarda Şəmkir şəhər 8 saylı uşaq bağçası da yeni binada fəaliyyətə başlayacaq. Kür qəsəbəsində 240 yerlik körpələr evi uşaq bağçasının tam yenilənməsi, şəhər 2 və 5 saylı bağçaların əsaslı təmiri nəzərdə tutulub. Rayonda ümumilikdə 52 bağça 2775 uşaq tərbiyyə alır.

Aynur Nağızadə Keçili kənd körpələr evi-uşaq bağçasının müdiri: Bağçamızın əvvəlki binası kifayət qədər ürək açan deyildi. Amma hal-hazırda kiyafət qədər ürək açan bir bağça körpələrimizin istifadəsinə verilib. Əminəm ki bu bağça gələcək nəsillərin yetişdirilməsinə bizə böyük bir ruh yüksəkliyi verəcək. Bu bağçada daha gözəl balalar yetişəcək. Uşaqlarımız burada təhsil almaqdan böyük zövq alacaqlar. 

Natiq Hüseyn