• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 07.02.2019 10:16

Nissan Altima sedanına tırtırlar qoşdular

Nissan şirkəti Monreal avtosalonunda Altima sedanının tırtıllı variantını görüntüləyib. Avtomobil Kanada bazarı üçün nəzərdə tutulub və tam ötürücülüdür. Belə bir Altimanın ərsəyə gəlməsi üçün 250 saat vaxt gedib. Təkər tağlarin böyüməsi maşının 360 millimetrədək enlənməsinə gətirib çıxarıb. Hər bir tırtılın uzunluğu 1220 millimetr, eni 380 və hündürlüyü isə 750 mm-dir. Sedan 80 millimetr qaldırılan modernləşdirilmiş asma ilə təchiz olunub. Bu da tırtılların rahat hərəkət etməsinə imkan yaradır.