• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 07.02.2019 13:11

Dövlət sərhədini pozan 4 əcnəbi saxlanılıb

KepezTV Player

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-London” reysi ilə uçmağa hazırlaşan 2 Şri-lanka vətəndaşı sənədlərin rəsmiləş­dirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizaları saxta olduğundan saxlanılıb. Keçi­ril­miş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətən­daşları İlqar Mövlayev, Ramazan Ağalarov və Şahin Piriyev saxlanılıblar.

“Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qə­sə­bəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbay­candan Rusiya istiqamətində dövlət sərhə­dini pozmağa cəhd edərkən Şəmkir rayon sakini Orxan Alıoğlu sərhəd pozucusu qismində saxlanıl­ıb. Eyni istiqamətdə dövlət sərhə­dini pozmağa cəhd edərkən Özbəkistan vətəndaşı Ramazon Nurmakhammadov sərhəd pozu­cusu qis­mində saxlanılıb. Hər iki şəxsin üzərində Rüsiya Federasiyasından de­por­tasiya olunması barədə arayışlar aşkarlan­ıb.Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.