• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2407
— 07.02.2019 13:10

Əqli qüsurlu şəxs bıçaqlanıb

KepezTV Player

Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini 29 yaşlı Anar Qarayev naməlum şəxslər tərəfindən bıçaqlanıb.Zərərçəkmişin yaxınlarının verdiyi məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində baş verib. Hadisədən xəbər tutan Qarayevin yaxınları təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə müraciət ediblər.Əqli qüsurlu və epilepsiyadan əziyyət çəkən Anar Qarayev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparır.