• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 06.02.2019 22:20

Yüzlərlə avtomobildən oğurluq edənlər ələ keçdilər

KepezTV Player

Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürüb və hadisə yerindən qaçıblar. Faktla bağlı Nizami RPİ 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Saxlanılan şəxslərin ətraflarında araşdırma aparılan zaman onların başqa cinayətlərinin də üstü aşılıb. Belə ki, Ceyhun Abbasov və Elxan İsayevin paytaxt ərazisində və ayrı-ayrı bölgələrdə yüzlərlə avtomobilin şüşəsini sınıdıraraq salondan oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.

Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların digər cinayətlərdə iştirakı da istisna edilmir. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.