• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 06.02.2019 22:18

İki evdən 30 min manatlıq oğurluq edildi

KepezTV Player

Paytaxtda Səbail rayonu Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən iki mənzildən oğurluq edilib. Naməlum şəxslər evlərə daxil olaraq ümumi dəyəri 30000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk aparıblar. Zərərçəkənlərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri qısa zamanda nəticə verib. Hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, onlar oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarının müəyyən qismini satıblar. Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızıl-zinət əşyaları, həmçinin hadisə zamanı istifadə etdikləri əlcəklər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.