• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 06.02.2019 14:28

Polirtilen torbalardan istifadənin ekoloji təsirləri

KepezTV Player

Son illərdə polietilen torbaların geniş istifadə olunması ətraf mühiti çirkləndirən əsas amillər sırasında hesab edilir. Bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və illərlə tullantı kimi qalaraq ətraf mühiti çirkləndirməkdə davam edir. Müstəqil ekoloji ekspert İrşad Abbasovun sözlərinə görə, politelin torbalar ekoloji tarazlığı pozamaqla yanaşı, yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə də yaradır. Ekspert plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleks tədbirlər planının hazırlandığını və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edildiyini də bildirib. Nazirlik həmçinin təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməklə, vətəndaşları ətraf mühitin qorunmasına töhfə verməyə çağırır.

İrşad Abbasov - müstəqil ekspert: Keçmişdə biz mağazaya, bazaar gedərəkən həsir parça və tor zənbillərdən istifadə olunurdu. Budan sonar kağız torbalar istifadəyə verildi bununda ətraf mühitə heç bir ciddi təsiri yox idi. Buna görədə biz ənənəvi üsullarımıza qayıtsaq yaxşı olar. Çünki insan sağlamlığı və insan həyatı ən qorunan müqəddəs iş olmalıdır.