• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 967
— 05.02.2019 18:08

Sərhədçilər uğurlu əməliyyatlar keçiriblər

KepezTV Player

Sərhədçilər bir sıra uğurlu əməliyyat keçiriblər. “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində, Oğuz ra­yonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində qaya daşlarının altında gizlədilmiş, istifadəyə yararlı “TOZ-8-01” markalı yivli silah aşkar olunub. Şəkinin Baş Zəyzid kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində kənd sakinləri 48 yaşlı Hümmət Ağaşirinov, 30 yaşlı Məhərrəm Kərimov, 25 yaşlı Araz Musayev və 50 yaşlı Ələskər Kərimov qanunsuz ov etdikləri üçün sərhəd rejim pozucusu qismində saxlanılıblar. Onlardan 3 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron qabı aşkar olunaraq götürül­üb.

“Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Qazax rayonunun Sınıqkörpü kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qırmızı körpü” tarixi abidəsinin təmir işləri ilə məşğul olan şirkətin fəhləsi Qazax rayon Hüseynbəyli kənd sakini 25 yaşlı Adil Sadiqidən aksiz markası olmayan 48 qutu siqaret aşkar olunaraq götürülüb. Tütün məmulatlarının Gürcüstandan qaçaq­malçılıq yolu ilə gətirildiyi məlum olub. Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.