• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 05.02.2019 17:56

YDM-də operatoru aldadıb pulunu aldılar

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinə Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq 90 manatını aldığı barədə müraciət daxil olub. Dərhal müvafiq tədbirlər həyata keçirilib, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalarla müəyyən edilib ki, “Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Quliyev və sərnişini İlkin Həsənov avtomobilə 10 manat dəyərində yanacaq doldurub xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirib, operatordan  soyğunçuluq yolu ilə 90 manat alaraq hadisə yerini tərk ediblər.Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Quliyev və Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.