• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 05.02.2019 15:49

Regionin ilk radiosu Kəpəz FM 6 yaşını qeyd edir

KepezTV Player

Kəpəz FM radiosunda dinlədiyiniz ən son xəbərlər, ən hit, sevilən və zövqlü musiqilər məhz bu efir otağından yayımlanır. Artıq 6 yaşını qeyd edən radiomuz 2013-cü ilin 5 fevralından bu günə kimi həm yayım dairəsinin, həm də dinləyicilərinin sayını artıraraq, geniş auditoriya toplamağı bacarıb.

Kəpəz FM-in digər radiolardan əsas fərqi nədir ?

Gəncə və Gəncə ətrafı rayonlarda 93.3 tezliyində, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 tezliyində yayımlanan Kəpəz FM müxtəlif janrlarda olan rəngarəng musiqilərlə dinləyicilərinə xitab edir.

Günay İbrahimova radionun direktoru: Yazılar, ismarıclar, musiqi istəkləri, efirimizə daxil olan zənglərdən belə qənaətə gəlmək olar ki, bizim radiomuz doğrudan da seçilir və dinlənilir.

Saleh Bayramov səs rejissoru: Biz bütün yaş təbəqəsinə uyğun, hər kəsin zövqünü oxşayacaq musiqiləri tərtib edib, efirə veririk.

Regionun ilki olan radiomuzda həftə içi hər gün ən hit musiqilərin yer aldığı TOP – 40 verilişi dinləyicilərin kəpəzfm.az saytına daxil olaraq, TOP – 40 bölməsində sevdikləri müğənniyə səs verməsi əsasında hazırlanır. Azəri Top-10-luqdakı muğənnilərin hit paradlarımızdakı yerini də kəpəzfm-in veb saytına daxil olub, müəyyənləşdirə bilərsiniz.

Həftə içi saat 08.00-dan 20.00-dək 2 saatdan bir, şənbə günü isə 2 buraxılışı yayımlanan “Kəpəz Xəbər” vasitəsilə dinləyicilər ölkədə, xüsusilə regionda baş verən ən son hadisə və proseslərdən agah olurlar.

Zülfiyyə Telmanqızı aparıcı: Bizim səslərimiz dinləyicilərin qulağında hər zaman cingildəsin. Təbii ki, xoş xəbərlərlə. Bizim dalğa regionumuzun ilk eşidilən səsidir. bundan sonra da bir çox ilklərə imza atmağını diləyirəm.

Dinləyicilərimizi Kəpəz FM-i dinləməklə həyatın dadını duymağa dəvət edirik. Elə radionun şüarında deyildiyi kimi “Kəpəz FM-lə dinlə, hiss et, arzula...