• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 05.02.2019 10:55

McLaren 5-ci “uzun quyruqlu” damsız superkarını göstərdi

McLaren Automotive şirkəti 600LT – Spider adlı üstü açıq modifikasiyasını göstərib. Avtomobil məhdud sayda və bir ildən sonra konveyerdən çıxacaq. O markanın 5-ci Longtail modeli olacaq. Bu tip seriyalı ilk maşın 1997-ci ildə F1 GTR LT adında peyda olmuşdu. Üstü açıq superkar kupedən 50 kiloqram ağır, 570S Spiderdən isə 100 kiloqram yüngüldür. Ümumi çəki 1297 kq-a bərabərdir. Bu cür modifikasiyaya MSO Clubsport adlı paketi sifariş verməklə sahib olmaq olar. Qiyməti isə 18,2 funt sterlinqdir. Buraya titandan təkər boltlarlı və karbondan bir çox elementlər, o cümlədən karbon lif materialından oturacaqların çərçivəsi daxildir. Yenilik 40 km/saat sürətədək açılıb və ya örtülə bilən 3 bölməli sərt dama malikdir. Spayder 3,8 litrlik 600 at güclü motorla hərəkət edir. Aqreqat 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə birləşir. Avtomobil “yüzü” yığmaq üçün 2,9 saniyə vaxt sərf edir. Bu, cüzi də olsa kupe 600LT-dən ləng göstəricidir. Maksimal sürət üstü bağlı vəziyyətdə 324, üstü açıq vəziyyətdə isə 315 km/saatla məhdudlaşır.