• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 865
— 05.02.2019 10:44

Kəpəz FM radiosu 6 yaşını qeyd edir

KepezTV Player

Kəpəz FM radiosunun yaranmasından bir il daha ötür. Artıq 6 yaşını qeyd edən radiomuz 2013-cü ilin 5 fevralından bu günə kimi həm yayım dairəsinin, həm də dinləyicilərinin sayını artıraraq, geniş auditoriya toplamağı bacarıb.

Gəncə və Gəncə ətrafı rayonlarda 93.3 tezliyində, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 tezliyində yayımlanan Kəpəz FM müxtəlif janrlarda olan rəngarəng musiqilərlə dinləyicilərinə xitab edir.

Fidan Muradlı, Nazənin Zaman