• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 05.02.2019 12:55

Ölkədən xarici valyutanın qanunsuz yolla çıxarılmasının qarşısı alınıb

KepezTV Player

Dövlət Gömrük Komitəsinin əməkdaşları xarici valyutanın qanunsuz yolla ölkədən aparılmasının qarşısını alıblar."Berkarar" Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar.Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9 700 ABŞ dolları və 8 500 ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər və bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9 600 ABŞ dolları aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.