• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 04.02.2019 12:34

Rabitə kabelini oğurlayanlar saxlanıldılar

KepezTV Player

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr  kabeli oğurlayan şəxslər saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar. Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.