• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 05.02.2019 12:26

Keçmiş məhkumun törətdiyi əməllər ifşa olundu

KepezTV Player

Binəqədi Rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib. Binəqədi Rayon Mühafizə İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarışları nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Elşən Əsgərov saxlanılıb. Üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 7-ci Polis Bölməsində Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun başqa cinayətlərinin də üstü açılıb. Bu barədə daha ətraflı məlumat Hadisənin 17.35 buraxılışında yayımlanacaq. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi RPİ və ya 7-ci PB-nə müraciət edə bilərlər.