• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 04.02.2019 14:19

Goranboyda baytarlar profilaktik tədbirlər həyata keçiriblər

KepezTV Player

Goranboyda canavarlar fərdi təsərrüfata hücum edərək 7 baş qoyunu parçalayıblar. Rayonun Boluslu kəndində baş verən hadisədən sonra baytarlar hərəkətə keçib.

Kənd sakini 93 yaşlı Sarı Əliyev günorta saatlarında həyətyanı sahəsində saxladığı 30 baş xırdabuynuzlu heyvanı yemlədikdən sonra istirahət etmək üçün evə gedib. Bir müddət sonra səs-küy eşidən ev sahibi həyətə bir neçə canavar girərək qoyunlardan 7-ni parçaladığını görüb.

Sarı Əliyev - təsərrüfat sahibi: Günortaydı, qoca adamam, içəridə yatmışdım. Çıxanda baxdım ki, leş-leşin üstündədi. Canavarlarda qaçıb gedib o yanda təpədə durub bura baxırlar.  Mən üstlərinə tərəf gedən kimi qaçıb qamışlığa girdilər. Ovçular gəldi nə qədər gözlədilər ki, canavarlar gələndə vursunlar, gəlmədilər. Səhər gedib baxdım ki, leşin 5-ni səhərə yaxın gəlib aparıblar. 

Bu cari ildə rayonda 2-ci analoji hadisədir. Daha öncə də bir təsərrüfatda canavarlar 8 qoyunu parçalayıb. Hadisədən xəbər tutan rayon baytarlıq idarəsinin həkimləri əraziyə gələrək profilaktik tədbirlər həyata keçiriblər.

Elsevər Hüseynov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: Hal hazırda Goranboy baytarlıq idarəsi dezinfeksiya tədbirləri aparır. Epizootik sabitliyin qorunması istiqamətində lazımı tədbirlər həyata keçirir.  Əsas xəstəliklərdən biri olan quduzluq xəstəliyidir ki, insanlarında yoluxma ehtimalıda  yüksəkdir.  Vəhşi heyvanlar quduzluq infeksiyasının daşıyıcısı hesab olunur. Bunun üçündə vəhşi heyvanlarla təmasda olan istənilən sağlam heyvanlar vəya zədələnmiş heyvanlar quduzluq xəstəliyinə qarşı peyvənd olunur.

Ölmüş heyvanların cəsədləri toplanaraq xüsusi qaydada zərərsizləşdirilib.

 

Elton Cabbarlı