• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 04.02.2019 14:29

Gəncədən Samuxa gedən avtobuslar yenidən şəhərin Savxoz Nizami adlanan ərazisindən hərəkət edir

KepezTV Player

Gün ərzində 20 istiqamət üzrə hərəkət edən ictimai nəqliyyat vasitələrinin mərkəzi ticarət bazarından yox, yenidən 2 saylı avtostansiyadan getməsi maddi baxımdan rentabelli sayılmamasından irəli gəlib. Bundan başqa adıçəkilən istiqamət üzrə hərəkət edən avtobus və mikravtobusların hər gün bir neçə dəfə şəhərin içərisinə daxil olmaqla yollarda sıxlıq yaratması da belə addımın atmasına səbəb olub. Sərnişinlərin rahatlığının təmin olunması üçün 2 saylı avtostansiyanın gözləmə zalında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.  

Asəf Qasımov – Samux Avtonəqliyyat Müəssisəsinin şöbə rəisi: “Sərnişinlər bəldə dedik bazara gedər buda bizə maddi baxımdan stimul yarada oda heç effekt vermədi. Sərnişinlərin narazılığını nəzərə alaraq, bizdə qərara gəldik ki, qanunu sənədimiz hara göstərilir, dayanma yerimiz ordan da fəaliyyət göstərərk. Bu addımımız həmdə şəhər nəqliyyatındakı narazılığada son qoydu.

 

Xaliq Qurbanlı