• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 04.02.2019 14:47

Gəncədə azyaşlılar peyvənd edilir

KepezTV Player

Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Gəncədə az yaşlılar peyvənd edilir. Şəhər üzrə 5 poliklinika, 3 uşaq xəstəxanasında peyvənd otaqları lazımı peraparatlarla təmin edilib. Sahə həkimləri qızılcaya qarşı peyvənd olunmayan uşaqları prosesə cəlb edir. Peyvənd olunan uşaqlar qızılcaya tutulmur və yaxud da tulsa belə xəstəliyi yüngül formada keçirir. Hazırda Gəncədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir. Ümumilikdə ötən il şəhər üzrə 1-6 yaş arası 8033  uşaq 11 xəstəliyə görə peyvənd edilib.

Almaz Tomiyeva - Gəncə Şəhər GEM-in şöbə müdiri – “Su çiçəyidir, qızılcadır birbirinə oxşan simtonlarla gedir. Biz qızılcanı o vaxtı təstiq edirik ki,  onlardan götürülən qan nümunəsi Respublika Taun Əleyhinə Stansiyaya gedir. Şübhəli xəstə kimi biz epidemioloji nəzarət aparırıq. Biz göndərdiyimiz xəstələr arasında qızılca hadisəsi müşahidə edilməyib. Vaksinləri almışıq, vaksin ehtiyatımız var. Heç kim deyə bilməz ki, vaksin ehtiyatımız yoxdu. Vaksin pulsuzdu. Uşaq polikinkalarında bütün uşaqlar hətta bizə qonaq gələn uşaqları peyvənd eləməyə gücümüz çatır”.

Vəfa Vəliyeva - valideyn – “Gülüstanda yaşayırıq. İki övladım var. Vaxtlıvaxtında gətirirəm peyvənd olur. Həkimlərdən də çox razıyıq”.

 

Elnur Vahidoğlu