• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1201
— 04.02.2019 13:32

Silsilə soyğunçuluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncədə silsilə soyğunçuluq edən şəxslər saxlanılıblar. Gəncə şəhər Baş Polis İdarəsinə ayrı-ayrı vaxtlarda Gəncə sakini olan iki qadının əl çantalarını zor tətbiq etməklə, açıq yolla talayaraq, onlara qarşı soyğunçuluq edilməsi barədə məlumat daxil olub.  Əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı Amil Mustafayev və əvvəllər məhkum olunmuş 30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar. İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadisələrini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.