• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 04.02.2019 13:36

Gəncə sakinində silah və narkotik maddə aşkarlanıb

KepezTV Player

Gəncə sakinində silah və narkotik maddə aşkarlanıb. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram tiryək aşkar olunaraq götürülüb.<br>Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.