KepezTV Player
Gecə saatlarında Bərdə rayonunda şadlıq evlərindən birinin qarşısında hər ikisi azyaşlı olan bir qız və bir oğlan uşağı aşkar edilib. Azyaşlılar təcili yardımla xəstəxanaya çatdırılıblar. Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, ilkin ehtimallara görə, uşaqlarının birinin 1, digərinin isə 2 yaşı var. Hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıblar. Məlum olub ki, uşaqların anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Osmanovadır. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 507