• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 04.02.2019 12:53

27 yaşlı oğlanın meyiti yaşadığı evdən tapıldı

KepezTV Player

Bakıda gənc oğlanın meyiti tapılıb. Hadisə rayonun Binəqədi qəsəbəsində baş verib. Gülüstan küçəsi, döngə 12-də fərdi evdə yaşayan 27 yaşlı Seyran Nuriyevin yaşadığı evdə ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə tibb ekspertizası təyin olunub. Hadisə yerinə baxış zamanı yataq otağında çuqun materialdan hazırlanmış soba aşkar edilib.İlkin araşdırma zamanı müəyyən olunub ki, S.Nuriyev yataq otağında huşsuz vəziyyətdə aşkar olunub.Faktla bağlı Binəqəd rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 -ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.