• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 02.02.2019 15:39

Prezidentin ADAU ilə bağlı sərəncamı təhsilə dövlət dəstəyinin daha bir isbatı kimi dəyərləndirilib

KepezTV Player

Dövlətin aqrar sahəyə, qeyri-neft sektorunun inkişafına, xüsusilə də ixtisaslı kadr hazırlığına daimi dəstəyi ölkə prezidentinin Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Sərəncamı ilə bir daha isbatlandı. Bundan irəli gələrək universitetdə keçirilən toplantıda professor-müəllim və tələbə heyəti aqrar sahənin innovativ inkişafı naminə daha əzmlə çalışacaqlarını bildiriblər.

Kənd Təsərrüfatı Nazirliyinə ayrılan 14 milyon 245 min manat vəsait hesabına müasir avadanlıqlarla təchiz olunacaq yeni korpusda aqrar sahənin müxtəlif ixtisaları üzrə 2500-ə yaxın tələbə təhsil alacaq. Binanın ilin sonuna qədər istifgadəyə verilməsi nəzərdə tutulur. Nəticədə ölkədə rəqabət qabiliyyətli kənd təsərrüfatı mütəxəssilərinə ehtiyacın ödənilməsinə nail olunacaq. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov son 3 ildə ölkə prezidentinin sərəncamları ilə universitetin maddi texniki bazasının möhkəmlndirilməsi üçün 50 milyon manatdan artıq vəsaitin ayrırılmasını aqrar elmin inkişafına töhfə olaraq qiymətləndirib.

Toplantıda ölkədə kənd təsərrüfatı mütəxəssiləri hazırlayan yeganə ali təhsil ocağı üçün tədris binalarının tikintisi və labaratoriyalar təminatının tədrisin keyfiyyətini yüksəltməyə, tələbələrin nəzəri biliklərini daha yaxşı mənimsəməyə imkan verdiyi vurğulanıb.