• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 02.02.2019 15:28

Hərbi hissədə “Gənclər Günü” təntənə ilə qeyd olunub

KepezTV Player

Gəncə Qarnizonu Zabitlər evinin təşkilatçılığı ilə Şəmkirdə yerləşən N saylı hərbi hissədə “Gənclər Günü” münasibəti ilə tədbir keçirilib. Gədəbəy, Göygöl və Naftalandan olan gənclər, eləcə də hərbi qulluqçuların iştirak etdiyi tədbirin əsas məqəsdi milli mədəniyyətin və incəsənətin təbliği, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyələndirilməsi və yaradıcılıq bacarıqlarının inkişaf etdiirlməsi olub. Hərbi qulluqçular və gənclər konsertdə vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə bacarıqlarını nümayiş etdiriblər. Həmçinin gənc musiqiçilərin ifasında milli və müasir musiqilərimiz səsləndirilib. 

Natiq Hüseyn