• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 02.02.2019 15:25

“Siqaretə yox!” Bu şüar altında Gəncədə askiya keçirilib

KepezTV Player

Aksiyanı 2 fevral Gənclər günü münasibəti ilə Gəncə çay Park Bulvar Kompleksinin könüllüləri təşkil edib. Bulvara gələn sakinlərlə maarifləndirici söhbətlər edilib, onlara bukletlər paylayıb. Siqaretin insan həyatına zərərləri izah edilib. 1 siqaretin insan ömrünü 15 dəqiqə azaltdığı deyilib. Ağciyər xərçəngi, ürək-damar xəstəliklərinin yaranmasına səbəb kimi də siqaret göstərilib.

Rüstəm Bağırov Gəncəçay Park Bulvar Kompleksinin rəisi:  “Park Bulvar Kompleksin də artıq 9 layihə həyata keçirmişik. Layihələri hər il iş planımıza uyğun olaraq keçiririk. Böyük layihəmiz olan qızlar arasında veloseped yarışı, Gəncəmizi təmiz saxlayaq adlı aksiyasını keçirmişik. Həmçinin Gəncə çay Park Bulvarın sağ və sol sahilini məişət tullantılarından təmizləmişik. Bu günkü layihəmizi növbəti layihələrimizə dəstək olaraq keçiririk. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bütün gəncləri, bulvarımıza gələn sakinlərimizi siqaret və pis vərdişlər haqqında məlumat verək”.

Sin Ruzi Rüstəmov aksiya iştirakçısı: “Biz bu gün Park Bulvar Kompleksinin könüllüsü olaraq 2 fevral Gənclər günü münasibəti ilə aksiya keçirirk.  Məqsədimiz isə gənclər günündə bir daha siqarətin pis vərdiş olduğunu cəmiyyətə çatdırmaqdı”.

Elnur Vahidoğlu