• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 02.02.2019 15:22

Gəncənin küçə işıqlandırma sistemi yenilənir

KepezTV Player

Gəncənin küçə işıqlandırma sisteminin yenidən qurulması çərçivəsində Gəncənin Bakı istiqamətindən girişində və Nizami prospektinin bir hissəsində  400-dən artıq müasir tipli “led” işıq sistemli dirəklər quraşdırılıb. Azərbaycan Bayrağı, İsax Cəfərov, Bağmanlar, Təbriz küçələrində ümumilikdə 300-ə yaxın işıqlandırma sistemi yenilənib. Gəncə Cihazqayırma zavodunun istehsalı olan işıqlandırıcılar sərfiyatı və işıqsalma qabiliyyətinə görə fərqlənir. Bu məqsədlə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi Gəncənin bütün işqlandırma sistemini yerli istehsal hesabına dəyişmək niyyətindədir. Hazırda şəhər ərazisində 28 minə yaxın küçə işıqlandırma nöqtəsi var.

Qabil Ağayev – Gəncə Şəhər MKİB-ın şöbə rəisi: “ Orta hesabla Gəncə şəhərində yay-qış mövsümünün götürsək ayda 700-800 min kolvat saat, manatla hesablasaq 75 min-80 minlik elektrik enerjisi sərfiyyatı olur. Bu led lampaları biz tam olaraq quraşdırsaq 2-3 dəfə mövcud elektrik enerjisinə qənaət etmiş olacağıq. Hazırda aylıq 80 min manat təşkil edirsə sərfiya pulu yeni iqşılar quraşdırıldıqdan sonra mövsümdən asılı olaraq elektrik enerjisinə ödəniləcək vəsait 40-50 min manat arası olacaqdır.

Xaliq Qurbanlı