2019/2020-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu start verilib. İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 11-dək Dövlət İmtahan Mərkəzinin internet saytında şəxsi kabinet yaradaraq istifadəçi adı və parolundan istifadə etməklə ərizəsi formasını doldurub və təsdiq etməlidirlər. Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi fevralın 24-də, ikinci mərhələsi isə mayın 26-da baş tutacaq. Elektron ərizələrini təsdiq etməyən bakalavrlar imtahanlara buraxılmayacaq.
Nəsimi Məmmədov - DİM-in Gəncə bölməsinin müdiri: 1-ci mərhələ üzrə bakalavrların mənti təfəkkürünün yoxlanılması, xarici dil bilmə səviyyəsi və informatika fənni üzrə 1-ci mərhələdə imtahanlarda iştirak edirlər. Keçid müsabiqə şərtini ödəyib 2-ci mərhələyə buraxılan bakalavrlar öz ixtisas qrupları üzrə buraxılan bakalavrlar proqram seçimi etdikdən sonra 2-ci mərhələnin ixtisas seçimi imtahanlarında iştirak edirlər. Belə ki bakalavrların ümumi intlekt səviyyəsinin yoxlanılması üçün, məntiqi təfəkkürünün yoxlanılması üçün 1-ci mərhələ üzrə 50 test tapşırığı verilir. Informatika üzrə 25 test tapşırığı verilir və xarici dil bilmə səviyyəsi üzrə 25 test tapşırığı bakalavrlara təqdim olunur.
- Baxış: 691