• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 01.02.2019 13:10

Gömrükdən gizlədilən mobil telefon və aksesuarları aşkarlanıb

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılıb. Gömrük baxışı zamanı vətəndaşın üzərindən 9 ədəd müxtəlif markalı mobil telefon, nəqliyyat vasitəsinin ön saxlanc qutusundan isə 77 ədəd telefon qidalandırıcısı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.