KepezTV Player
Paytaxda yüksək sürət və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisəsinə səbəb olub. Hadisə Babək prospektinin Suraxanı rayonu ərazisinə düşən hissəsində baş verib. Təmirlə əlaqədar "Azərsu" ASC Babək prospektində qazıntı işləri aparıb. Ərazidə təmir işlərinin getdiyi barədə xəbərdaredici nişan da qoyulub. "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olduğundan idarəetməni itirib və nəticədə avtomobil qazılan 3 metr dərinlikdəki yerə düşüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb. Maşın ağır texnikanın köməyi ilə düşdüyü yerdən çıxarılıb. Faktla əlaqədar araşdırmalar aparılır.
- Baxış: 596