Amerika aviaistehsalçısı Boeing konserni özünün şəhər üçün nəzərdə tutulmuş sərnişin uçan aparatını sınaqdan uğurla keçirib. Virginiya ştatında baş tutuan sınaq zamanı uçan taksi havaya qalxıb, bir müddətdən sonra avtonom rejimdə yerə enib. Test proqramının sonrakı mərhələsində marşrut üzrə uçmaq və şaqulilə horizontal uçuş rejimləri arasında keçid etmək nəzərdə tutulub. Layihə cəmi bir ilə konseptual dizayndan uçan prototipə çevrilib. Elektrikli uçan taksi Boeing NeXt bölməsi tərəfindən ərsəyə gəlib. O tamamilə avtonom rejimdə 80 kilometr məsafə qət edə bilir. Aparatın uzunluğu 9 metr, eni 8,5 metrdir.
- Baxış: 384