KepezTV Player
Qış fəslinin mülayim keçməsi taxıl və yonca əkinlərində yuva salmış siçanabənzər gəmiricilərin aktivləşməsinə səbəb olur. Soyuq havalarda torpağın altında bitkilərin toxumlarını yeyən bu gəmiricilər isti havalarda yuvalarından çıxaraq bitkinin yaşıl kütləsini məhv etməyə başlayır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun apardığı müşahidələrə görə siçanabənzər gəmiricilərin iki növü adi və ictimai çöl siçanları geniş yayılıb. Bu gəmiriclərin sayı hazırda iqtisadi ziyanlı həddi keçməklə əsasən taxıl əkinlərini məhv edirlər.
Jalə Qurbanova
- Baxış: 579