KepezTV Player
Musiqidən, poeziyadan xəbərdar olanlar bilirlər ki, hər hansı bir nəğmənin uzunömürlü olması həm də sözlərdən asılıdır. Həqiqətən də musiqi nə qədər gözəl, qəlbə yatan olsa da sözlər zəif və bəsitdirsə, həmin əsər əksər dinləyicilər tərəfindən qəbul edilmir. Bütün deyil a, əksər... Çünki əfsuslar olsun ki, günümüzdə sözlərinin mahiyyətinə varılmadan dinlənilən, eyni zamanda gündəmi zəbt edən kifayət qədər mahnı mövcuddur. Lakin bununla belə sənətə həssas yanaşan, köhnə, unudulan mahnılara yeni həyat verən gənclər də var. Elə süjetimizin qəhrəmanları “M-trio”qrupunun solistləri - Rabil Hacızadə, Musa Əlyaroğlu və Xəyal Şahin kimi...
Nazənin Zaman
- Baxış: 830