• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2315
— 31.01.2019 13:44

İki nəfərə 14 evdən oğurluq etdilər

KepezTV Player

Paytaxtda Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar. Araşdırmalarla Şamaxı rayon sakini Elgün Qəhrəmanov və Sabunçu rayon sakini Nəcəfqulu Quliyevin Nardaran, Ləhic, Maştağa və Bilgəh bağlarında yerləşən 14 evdən əsasən kombi, televizor və digər məişət əşyaları oğurladıqları məlum olub. Bağ evlərinə Qəhrəmanov daxil olub. Daha sonra o, oğurladığı əşyaları Quliyevin avtomobili ilə həmin ərazidən apararaq satıb. Əldə edilən pul isə iki şəxs arasında bölünüb. Fakt üzrə araşdırmalar davam etdirilir.