• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 31.01.2019 15:02

Xəsarət alsa da, üzərinə atılan çaqqalı öldürməyi bacarıb

KepezTV Player

Hacıqabul sakini qoyun otaran zaman çaqqal hücumuna məruz qalıb. Hadisə rayonun Ağacanlı kəndi ərazisində baş verib. Kənd sakin Mətləb Mirzəyəv səhər saatlarında heyvanlarını örüş sahəsinə ötürüb geri qayıdarkən çaqqal ona hücum edib. Mirzəyev üzərinə atılan yırtıcını kənarlaşdırmaq istəyərkən vəhşi heyvan onun diz nahiyəsini və barmağını dişləyib. Nəticədə kişinin sol əl barmağının uc hissəsi qopub. Özünü itirməyən Mətləb Mirzəyev çaqqalı öldürüb. Bundan sonra xəstəxanaya gedən şəxsə quduzluğa qarşı vaksin vurulub. Qoparılmış barmaq yerinə bərpa olunub. Kənd sakininin sözlərinə görə, yırtıcılar mal-qaraya və insanlara bir neçə dəfə hücum ediblər.