• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 31.01.2019 14:52

32 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

KepezTV Player

Şabran rayonunda qəsdən adam öldürməyə cəhd edilib. Hadisə rayon ərazisindəki ticarət mərkəzinin qarşısında baş verib. Aygünlü kənd sakini, 33 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub. Araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 22 yaşlı Fərid Musayev qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Şükürovu öldürmək məqsədilə bıçaqlayıb.Ətrafdakıların müdaxiləsi nəticəsində Musayevin niyyəti baş tutmayıb.Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayət aləti olan bıçaq götürülüb. Musayev şübhəli şəxs qismində tutulub.