• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 30.01.2019 13:59

Qış fəslinin mülayim keçməsi taxıl və yonca əkinlərində yuva salan gəmiricilərin aktivləşməsinə səbəb olub

KepezTV Player

Mütəxəssislər fermerləri xəbərdar edir. Qış fəslinin mülayim keçməsi taxıl və yonca əkinlərində yuva salan siçanabənzər gəmiricilərin aktivləşməsinə səbəb olur. Soyuq havalarda torpağın altında bitkilərin toxumlarını yeyən bu gəmiricilər isti havalarda yuvalarından çıxaraq bitkinin yaşıl kütləsini məhv etməyə başlayır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun apardığı müşahidələrə görə siçanabənzər gəmiricilərin iki növü adi və ictimai çöl siçanları geniş yayılıb. Bu gəmiriclərin sayı hazırda iqtisadi ziyanlı həddi keçməklə əsasən taxıl əkinlərini məhv edirlər.

Elçin Xəlilov - Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşı:“Aparılan müşahidələr nəticəsində Respublikanın Mil Qarabağ Və Gəncə-Qazax bölgəsinin taxılçılıqla məşğul olan fermer təsərrüfatlarında siçanabənzər gəmiricilərin miqrasiyasının artması deqiqləşdirilmişdir. Müəyyən edilmişdir ki, həmin sahələrdə xüsusilə ictimai çöl siçanlarının miqdarı daha çoxdur. Ona görə həmin gəmiriclərə qarşı Brodifak preparatından istifadə etməklə 1 kq dənə 25-30 qr olmaqla mübarizə tədbirləri həyata keçirilmişdir”.