• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 30.01.2019 14:38

Ötən il Gəncədə uşaq əhalisinin 99 faizi tibbi müayinədən keçirilib

KepezTV Player

Ölkə prezidentinin sərəncamına əsasən həyata keçirilən uşaqların icbari dispanserizasiyası növbəti 5 il müddətinə də qüvvədə olacaq və Gəncədə 4 poliklinika və 2 birləşmiş uşaq xəstəxanasında aparılır. Bununla yanaşı təhsil müəsisələrində də səyyar tibbi briqadalar, uşaqların dispanserizasiyasını təşkil edirlər. Müayinələrdə bütün ixtisas həkimləri, lor, akulist, nevropatoloq, terapevt, həkim laborantlar iştirak edir. Təhsil alan yeniyetmələr isə vərəm xəstəliyinin erkən aşkarlanması məqsədi ilə flüroqrafiq müayinələrə cəlb olunurlar. 

Azerma Dadaşova - Gəncə Şəhər Səhiyyə İdarəsinin baş pediatoru: Hər il dispanserizasiya nəticəsində xəstəliklər aşakr olunur. Aşkar olunan xəstəliklər üzrə uşaqlar müşahidəyə götürülür. Hər bir uşaq üzərində sağlamlaşdırıcı tədbirlər aparılır və sağaldıqdan sonra dispanser qeydiyyatdan çıxarılır. Və bunun nəticəsidir ki, ilin sonunda qeydiyyatda olan uşaqlarımızın sayı ötən illə müqayisədə nisbətən azaldılmışdır. Valideynlərə tövsiyyəm odur ki, uşaqlarını dispanserizasiyadan yayındırmasınlar. Həm həkimlər həm də valideynlər uşaqların dispanser müayinədən keçirilməsində məsuliyyət daşıyırlar.