• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 30.01.2019 13:08

Üzünə maska taxdı, soyuq silahla evlərə girdi

KepezTV Player

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləriylə Hökməli qəsəbəsində evlərə qənim kəsilən 22 yaşlı Həsən Bayramov yaxalanıb. Ətrafında aparılan araşdırma zamanı məlum olub ki, o, elə özü də Hökməli qəsəbəsində yaşayır. Mənzillərə girən gənc bıçaqla vətəndaşlardan pul və qızıl tələb edib.

Bayramovun sözlərinə görə, əvvəl girdiyi evə yenidən qayıdaraq bir də oğurluğa cəhd edib. Bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini etiraf edib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.