• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2508
— 30.01.2019 13:16

Qadına hücum edilib

KepezTV Player

Paytaxtın Kürdəxanı qəsəbəsində işlətdiyi dükanı bağlayaraq evə getmək istəyən 53 yaşlı Gülzar Əliyevaya bıçaqla hücum edilib. Qadına xəsarət yetirən naməlum şəxs daha sonra hadisə yerindən qaçıb. Yaralı ətrafda olan insanların köməkliyi ilə 3 saylı kliniki tibbi mərkəzə çatdırılıb. O, dərhal əməliyyat edilib. Həyatı üçün təhlükə yoxdur. Zərərçəkənin həkimlərə dediyinə görə, ona hücum edən şəxsin üzünü görə bilməyib. Fakt barədə polisə məlumat verilib. Araşdırmalara başlanılıb. Hadisə yerinin ətrafındakı nəzarət kameralarının görüntüləri yoxlanılır.