• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 30.01.2019 13:25

Yaşlı kişini maşın vurub

KepezTV Player

Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Hadisə şəhərin Cavad xan qəsəbəsi ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 63 yaşlı Etibar Allahverdiyevi avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.