• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 860
— 30.01.2019 10:02

Amazon kuryer robotları sınayır

Amazon kuryer robotları sınayır. 6 təkərli poçt qutuları Vaşinqton ştatında artıq işə başlayıblar. Böyük ölçüyə sahib olmayan hansısa məhsulu alandan sonra sözügedən kiçik robot həmin məhsulu alıcının evinə çatdıracaq. Amazon Scout adlı bu kiçik robot xarici görünüşcə təkərlərə sahib soyuducunu xatırladır. Sözügedən robotlar yalnız insanların hərəkət etdikləri yol kənarı səkilərdən istifadə edirlər və sifarişçinin evindən bir neçə metr məsafədə dayanırlar. Hazırda Amazon Scout robotları Vaşinqton ştatında test rejimində çalışırlar.

Jeff Bezosun şirkəti bu cür layihəni reallaşdıran ilk şirkət deyil. Belə ki, bir neçə il bundan öncə Starship adlı startap da məhz bu cür kuryer robotu təqdim etmişdi. Daha bir misal olaraq Marbie adlı startapı göstərmək olar. Lakin Marbie-nin təqdim etdiyi robot bir qədər böyük idi. Baxmayaraq ki, Amazon şirkətinin rəqibləri bu işə Amazon-dan öncə start veriblər, Amazon bu sahədə lider olmaq üçün bütün şanslara sahibdir. Belə ki, sadalanmış startaplardan heç biri Amazon kimi böyük şirkətin logistikasına yaxın belə dura bilməz. Test rejimində 6 ədəd Amazon Scout robotu işə salınıb. Onlar bazar ertəsindən cümə gününə kimi sifarişləri alıcılara çatdıracaqlar və yalnız günün işıqlı vaxtlarında çalışacaqlar. İlk mərhələdə Amazon şirkətinin bu kuryer robotlarını Amazon işçiləri müşaiyət edəcəklər. Şirkət hələki bu robotların irimiqyaslı istifadəsindən danışmır. Şirkət indiki mərhələdə robotların hələki testini aparır. 2016-cı ildə göndərilmiş patent sorğusunda şəhərin istənilən rayonuna yük maşını vasitəsilə onlarla bu cür robotun daşınmasından söhbət gedirdi. Daha sonra robotlar işə başlamalı və sifarişçilərin ünvanlarına doğru hərəkət etməli idilər. Praktiki cəhətdən bunun üçün bütün daşınma mexanizmini dəyişmək lazım gələcək.