• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 29.01.2019 15:28

Qərb bölgəsində müşahidə edilən yağmurlu hava şəraiti sabahadək davam edəcək

KepezTV Player

Qərb Regional Hidrometerologiya Mərkəzindən verilən məlumata görə, Gəncədə yağıntının intensiv olacağı, dağlıq rayonlarda qar və sulu qarın yağması ehtimal var. Havanın tempuraturu ötən günlərə nisbətən 5-7 dərəcə aşağı olacaq. Hazırda Gəncə şəhərində havanın atmosfer təzyiqi 733 milli metr civə sütünü, nisbi rutubət isə 94% təşkil edir.

Musa Şükürov – Qərb Regional Hidrometerologiya Mərkəzinin direktor müavini: “29 yanvardan hava şəraitini qeyri-sabit keçəcəyi, arabir yağış yacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv güclü külək olacağı ehtimal olunur. Qərb küləyi bəzi rayonlarda 15-20 m/s , kür vadisi rayonlarında isə 23-28 m/s-dək güclənəcəkdir. 30 yanvardan isə əsaəsn havanın yağmursuz müşahidə olunması praqnozlaşdırılır.